Azərbaycana yeni gəlmiş legioneri “qara siyahı“ya saldı

9 Sentyabr 2023 11:20 İspaniya 1 903
Azərbaycana yeni gəlmiş legioneri “qara siyahı“ya saldı

“Araz-Naxçıvan” iki ay öncə transfer etdiyi Elvis Maşike ilə yolları ayırmaq niyyətindədir.

Baş məşqçi Azər Bağırov adıçəkilən yarımmüdafiəçi ilə bağlanmış 1 illik müqaviləyə vaxtından əvvəl xitam verilməsini istəyir.

Premyer Liqada debüt mövsümünü keçirən mütəxəssis son vaxtlar şans vermədiyi afrikalı legionerin tələblərinə uyğun gəlmədiyini klub rəsmiləri ilə söhbətində dilindən qaçırıb.

29 yaşlı konqolu son olaraq Maltada “Xamrun Spartan”ın formasını geyinib.

O, buna qədər Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib:

Elvis artıq Azərbaycanda 1 dəfə fərqlənməyə fürsət tapıb. «Qəbələ» ilə ikinci tur matçında adını tabloya yazdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti