Portuqaliya millisinin hücumçusu ilə müqavilə imzaladı - “Barselona”

2 Sentyabr 2023 01:30 İspaniya 1 115
Portuqaliya millisinin hücumçusu ilə müqavilə imzaladı - “Barselona”

“Barselona” portuqaliyalı hücumçu Joao Feliksin transferini açıqlayıb.

Sportinfoaz xəbər verir ki, klub bu haqda rəsmi saytında məlumat paylaşıb.

Futbolçu “Barselona”da icarə əsasında çıxış edəcək. İcarə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.

Joao Feliks üç mövsüm Portuqaliyanın “Benfika”sında çıxış edib. O, 2019-cu ildə Madrid komandasına keçib. Onun “Atletiko” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Futbolçu ötən mövsümün yarısını İngiltərə Premyer Liqasında (APL) keçirib, icarə əsasında “Çelsi”də çıxış edib.

“Transfermarkt”a görə, Feliksin bazar dəyəri 50 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti