“Neftçi” rəsmisi Türkiyəyə yollanıb.
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev İstanbulda işgüzar səfərdədir.
Məqsəd cari və potensial sponsorlarla danışıq aparmaq, “Neftçi”yə yeni tərəfdaşların cəlb olunmasında yaxından iştirak etməkdir.
Allahverdiyev qardaş ölkəyə səfəri ilə bağlı bunları deyib:
“Hazırda İstanbulda ezamiyyətdəyəm. Həm yeni, həm cari, həm də vaxtilə əməkdaşlıq etdiyimiz sponsorlarla danışıq aparırıq. Görüşlərimiz davam edir. Nəticə barədə indidən nəsə deyə bilməyəcəyəm. İnşallah, “Neftçi” adına uğurlu olar”.
Maraq üçün bildirək ki, “ağ-qaralar”ın titul sponsoru SOCAR-dır.
Paytaxt təmsilçisi “Liv Bona Dea”, AVİS, “Braun”, “Aqua Life”, “Catapult”, “Errea” kimi şirkətlərlə də əməkdaşlıq müqaviləsi bağlayıb.
HƏBİB / SPORTİNFO.AZ

