COP29

“Biz sağalırıq" - Ançelottidən “el klassiko” ilə bağlı açıqlama

21 Aprel 00:00 İspaniya 1 526
“Biz sağalırıq" - Ançelottidən “el klassiko” ilə bağlı açıqlama

“Real”in baş məşqçisi Karlo Ançelotti “Barselona” ilə oyunöncəsi futbolçuların vəziyyətini şərh edib.

ыЗЩКЕШТАЩ.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında Eder Militaonun start heyətində meydana çıxa biləcəyini vurğulayıb:

“Biz sağalırıq. Ferland Mendi məşq etməyib, amma bütün futbolçular heyətdə olacaq. Sabah qərar verəcəyik.

Militao hazırdır? Bəli, o, meydana start heyətində daxil ola bilər. Seçimlərdən biridir.

Mendi? O, komanda üçün çox vacibdir. Hamımız üçün o, dünyanın ən yaxşı sol cinah müdafiəçisidir”.

Klubdan daha əvvəl Mendinin şənbə günü ümumi qrupla məşq etmədiyi bildirilmişdi.

“Real” – “Barselona” matçı aprelin 21-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti