Paytaxt klubunun futbolçusu beyin əməliyyatı keçirdi

23 May 2020 22:00 İspaniya 606
Paytaxt klubunun futbolçusu beyin əməliyyatı keçirdi

"Atletiko"nun qadın futbolçusu Viqriniya Torreçilla beyin əməliyyatı keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" hesabından paylaşım edib.

İspaniyalı oyunçunun əməliyyatı uğurlu alınıb və o evə buraxılıb. Torreçilla beynindəki şişə görə əməliyyat olunub.

Viqriniya Torreçilla 2019-cu ildən "Atletiko"da çıxış edir. O, 2012/2013, 2013/2014 və 2014/2015 mövsümlərində "Barselona" ilə ölkə çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti