"Qarabağ" üçün səfərbər oldular, bu məsələyə aydınlıq gəldi - SON DƏQİQƏ!

7 Dekabr 2023 11:40 Qarabağ 1 059
"Qarabağ" üçün səfərbər oldular, bu məsələyə aydınlıq gəldi - SON DƏQİQƏ!

"Qarabağ"ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndidə keçirəcəyi haqda xəbər vermişdik.

Bu matçı azarkeşlər də izləyəcək.

Peşəkar Futbol Liqası (PFL) futbolsevərlərin adıçəkilən şəhərə aparılması üçün təşkilati işləri görməyə başlayıb.

PFL-dən redaksiyamıza verilən məlumata görə, səfər oyun günü, səhər saatlarında başlayacaq. «Koroğlu» metrostansiyasının yaxınlığından yola çıxacaq qafilədə onlarla avtobus yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti