“Qarabağ” Gürcüstan yığmasının müdafiəçisini gətirir? - AÇIQLANDI

30 Dekabr 2023 13:00 Qarabağ 2 067
“Qarabağ” Gürcüstan yığmasının müdafiəçisini gətirir? - AÇIQLANDI

“Qarabağ”ın növbəti transfer hədəfi haqda məlumat yayılıb.

Gürcüstan mətbuatı Ağdam klubunun qış fasiləsində müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcəyini iddia edib.

Bildirilib ki, Azərbaycan çempionu APOEL-də (Kipr) çıxış edən Laşa Dvali ilə maraqlanır.

“Qarabağ”ın yanvar ayında 28 yaşlı mərkəz müdafiəçisi üçün Nikosia təmsilçisinə təklif göndərəcəyi deyilir.

Kevin Medina zədəli olduğu üçün Ağdam təmsilçisi müdafiənin mərkəzinə oyunçu axtarır.

Laşa Dvali APOEL-ə 2022-ci ilin yayında “Ferentsvaroş”dan keçib. Gürcüstan millisinin üzvü cari mövsümdə komandanın heyətində 15 oyuna çıxıb və 1 qol vurub.

Onun müqaviləsi 2025-ci ilin iyun ayına kimidir.

“Qarabağ“dan əldə etdiyimiz məlumata görə, Dvalinin transferi gündəmdə deyil. O da qeyd olunub ki, gürcü legioner kluba təklif edilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti