"Barselona"nın Neymarı alacağı inandırıcı deyil.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kike Setyen məlumat verib.
O bildirib ki, hazırkı məqamda klubun böyük məbləğdə tranfer etməsi inandırıcı deyil. Setyen rəhbərlikdən bunu tələb etməyəcəyini qeyd edib.
28 yaşlı futbolçu cari mövsüm PSJ-də 22 oyun keçirib və 18 qol vurub. Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

