"Nə olursa-olsun, Messi “Barselona”da qalacaq”

1 May 2020 15:32 İspaniya 1 095
"Nə olursa-olsun, Messi “Barselona”da qalacaq”

“Mançester Siti”nin futbolçusu Serxio Aquero Lionel Messinin “Barselona”nı tərk etmə ehtimalı barədə danışıb.

Sportinfo.az xəbər verir ki,Aquero bu varianta inanmadığını bildirib.

O, Leonun “Barsa”da xoşbəxt olduğunu vurğulayıb: “Leo “Barsa”da əfsanə, simvol, mədəni dəyərdir. O, “Barsa”nı sevir, özünü onunla eyniləşdirir və bu klubda çox xoşbəxt görünür.

Futbolda çox fərqli hadisələr olur. Amma mənə elə gəlir ki, nə olursa-olsun, Messi “Barselona”da qalacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti