Ona görə Kanselunu verəcəklər, üstündə də pul

1 May 2020 13:40 İspaniya 677
Ona görə Kanselunu verəcəklər, üstündə də pul

“Barselona”nın futbolçusu Nelson Semedu mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Mançester Siti”yə transfer olunacaq.

“Şəhərlilər” portuqal futbolçuya görə Joau Kanselunu verəcəklər və əlavə olaraq pul ödəyəcəklər. Məlumata görə, klublar arasında gedən danışıqlar son mərhələdədir və yaxın günlərdə şərtlər tam razılaşdırılacaq.

“Barselona” Semeduya görə 45 milyon avro əldə etməyi planlaşdırır. Semedu “Barsa”ya 2017-ci ildə “Benfika”dan 30 milyon avroya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti