"Onda prezident başa düşdü ki, böyük məbləğ ödəməlidir"

5 Aprel 2020 13:26 İspaniya 944
"Onda prezident başa düşdü ki, böyük məbləğ ödəməlidir"

“Yuventus”un sabiq baş direktoru Luçano Modci 2001-ci ildə Zinəddin Zidanın “Real”a transferi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Modci həmin vaxt Zidanın təzyiqi ilə üzləşdiklərini bildirib.

O, “Real”ın prezidenti Florentino Peresi fransıza görə daha çox vəsait ödəməyə məcbur etdiyini də xatırladıb: “Atalanta” ilə oyundan sonra Zidanla paltardəyişmə otağından çıxırdq. O, kluba böyük təzyiq edirdi. Çünki “Real”a keçməyi çox istəyirdi.

Zidana dedim, Florentino Peresə çatdırsın ki, onu buraxmaq niyyətində deyiləm. Onda Peres başa düşdü ki, Zidana görə böyük məbləğ ödəməlidir. O isə bunu heç planlaşdırmamışdı”.

“Real” 2001-ci ildə Zidanın transferinə görə 73,5 milyon avro ödəmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!