"Qarabağ" ikinci oldu - Çempionlar Liqasında

22 İyul 2023 13:20 İspaniya 1 259
"Qarabağ" ikinci oldu - Çempionlar Liqasında

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 15 matçı ümumilikdə 106 358 tamaşaçı izləyib.

Ən çox fanat “Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) qarşılaşmasında qeydə alınıb. İsrail klubunun 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 28 613 tərəfdar olub.

"Qarabağ"ın Bakıda Cəbəllütariq "Linkoln"una 4:0 hesabı ilə qalib gəldiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 19 453 nəfər olub.

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın "Rakuv" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 26-da səfərdə, cavab qarşılaşması bir həftə sonra evdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!