Federasiya rəhbərinin öpüşünə görə yığmada oynamaqdan imtina etdilər - VİDEO

28 Avqust 2023 07:40 İspaniya 874
Federasiya rəhbərinin öpüşünə görə yığmada oynamaqdan imtina etdilər - VİDEO

Qadınlar arasında hazırkı dünya çempionları İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesin komandanın futbolçusu Cennifer Hermoso öpdüyünə görə istefaya göndərilənə qədər İspaniya millisində oynamaqdan imtina ediblər.

Sportinfo.az xəbər verir ki, müvafiq bəyanat Peşəkar Futbolçular Assosiasiyasının (FUTPRO) "Twitter" səhifəsində (ad X olaraq dəyişdirilib) dərc edilib.

"Dünya çempionları və digər qadın futbolçular Hermosoya dəstəklərini ifadə edir və qadınların ləyaqətini alçaldan davranışı qətiyyətlə pisləyirlər”, deyə bəyanatda digər futbolçuların da boykota qoşula biləcəyi qeyd edilib.

Bəyanatda Hermosodan da sitat gətirilir: "Mən demədiyim sözləri uydurmaqla yanaşı, sözlərimin sorğulanmasına dözməyəcəyəm”.

Ümumilikdə 53 futbolçu boykot elan edib.Milli komandanın qadınlar arasında dünya çempionatının finalında İngiltərə üzərində qələbəsindən (1:0) sonra mükafatlandırma mərasimində RFEF rəhbərinin Hermosonu möhkəm qucaqlayıb dodaqlarından öpməsi tənqidlərə səbəb olub. Hərəkətlərini izah edən Rubiales "cəfəngiyyata fikir verməməyə” çağırıb.

45 yaşlı Rubiales daha əvvəl İspaniyanın qadın futbol liqası, eləcə də baş nazirin müavini Yolanda Diaz da daxil olmaqla İspaniya siyasətçiləri tərəfindən istefaya çağırılıb. Cümə axşamı FIFA İntizam Komitəsi Rubialesə qarşı iş açıb. FIFA qeyd edib ki, onun hərəkətləri İntizam Məcəlləsinin 13-cü maddəsinin ("təhqiredici davranış", xüsusən də "ləyaqətli davranışın əsas qaydalarının pozulması" və "idmanın nüfuzuna xələl gətirən davranış") tələblərini poza bilər.

Avqustun 25-də Madridin dövlət prokurorluğu RFEF rəhbərinə qarşı cinsi təcavüzdə şübhəli bilərək iş açıb. İşdə Hermosonun özünün, eləcə də milli futbol məşqçiləri məktəbinin prezidenti Migel Anxel Qalanın ərizələri var.

Təzyiqlərə baxmayaraq, avqustun 25-də Rubiales istefa verməyəcəyini bildirib. Buna etiraz olaraq "Betis”in hücumçusu Borxa İqlesias İspaniyanın kişilərdən ibarət komandasını tərk etdiyini açıqlayıb.

Rubiales 2018-ci ilin may ayından RFEF-ə rəhbərlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti