"Arda və ya “Barselona”ya gəlmək istəyən digər oyunçular üçün bunu etməzdik"

13 İyul 2023 01:40 İspaniya 1 318
"Arda və ya “Barselona”ya gəlmək istəyən digər oyunçular üçün bunu etməzdik"

“Barselona”nın prezidenti Xoan Laporta “Real”a keçən Arda Güler haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Türkiyə millisinin üzvünün qiymətinin artmasına görə transferdən imtina etdiklərini vurğulayıb:

“Biz sağlam düşüncə ilə hərəkət etməli idik. Qiymət artımlarına görə bu transferdən imtina etməli olduğumuzu düşündük.

Biz yarışa bilərdik, amma bu barədə düşünmədik. Arda və ya “Barselona”ya gəlmək istəyən digər oyunçular üçün bunu etməzdik".

A.Güler “Real”la 6 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti