18 milyon ödədi, 18 yaşlı hücumçu ilə müqavilə imzaladı - “Barselona”

14 İyul 2023 00:20 İspaniya 671
18 milyon ödədi, 18 yaşlı hücumçu ilə müqavilə imzaladı - “Barselona”

“Barselona” “Atletiko Paranaense”nin braziliyalı hücumçusu Vitor Roke ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu ilə müqavilə 2031-ci ilə qədərdir.

Futbolçu gələn mövsümdən kluba qoşulacaq.

Roke “Atletiko Paranaense”nin heyətində bütün yarışlarda 66 oyuna çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, Rokenin bazar dəyəri 18 milyon avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti