“Real” o qədər pul ödəmək niyyətində deyil - Mbappedən ötrü

24 İyun 2023 01:40 İspaniya 1 182
“Real” o qədər pul ödəmək niyyətində deyil - Mbappedən ötrü

Kilian Mbappenin transferi ilə bağlı “Real” və PSJ arasında razılaşma yoxdur.

Sportinfo.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Nəşr klubların 200+50 milyon avroya transfer barədə razılığa gəldiyi haqda məlumatları təkzib edib.

Məlumatda deyilir ki, “Real” hadisələrin inkişafını gözləyir və o qədər pul ödəmək niyyətində deyil.

“PSJ-də Mbappenin satılması ilə bağlı heç bir razılaşma yoxdur” – məlumatda deyilir.

Eyni zamanda, bildirilir ki, PSJ Mbappeni satmaq istəyir. Futbolçunun müqaviləni yeniləməkdən imtinası ilə üzləşən Paris klubunun rəhbərliyi sərfəli təklifi qəbul edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar