Levandovski qol sayında Messinin rekordunu təkrarladı

9 Dekabr 2024 01:30 İspaniya 886
Levandovski qol sayında Messinin rekordunu təkrarladı

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqada qollarını sıralamaqdadır.

Sportinfo.az xəbər verir ki, polşalı forvard 17-ci turda ötən gecə “Betis”lə keçirilən oyunda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq mövsümdəki qol sayını 16-a çatdırıb.

36 yaşlı futbolçunun La Liqada bu mövsüm oyun sayı da 16-dır.

Bununla da Levandovski Lionel Messiyə aid olan rekordu təkrarlayıb. “Barselona”nın keçmiş hücumçusu da 2018-2019 mövsümündə mövsümün ilk 16 oyununda 16 qol vurmağı bacarmışdı.

Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub, 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...