“Barselona”nı başqa kluba dəyişmək fikrində deyil - Fernan Torres

10 Sentyabr 2024 15:40 İspaniya 790
“Barselona”nı başqa kluba dəyişmək fikrində deyil - Fernan Torres

“Barselona”nın futbolçusu Ferran Torres klubunu dəyişməkdə maraqlı deyil.

24 yaşlı futbolçunun klubunu dəyişə biləcəyi bildirilirdi.

Xüsusən də onun adı “Nyukasl”la yanaşı çəkilirdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin yayında hansısa klub Torreslə bağlı “Barselona”ya müraciət etməyib.

İspaniyalı Kataloniya klubunda oynamağa davam etmək niyyətində olduğunu bildirib. Ona görə, də onun agentləri tərəddüd etmədən transfer danışıqlarından imtina ediblər.

“Transfermarkt” Ferran Torresin dəyərini 30 milyon avro olaraq qiymətləndirir. Futbolçunun “Barsa” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?