“Barselona” Levandovski ilə erkən vidalaşacaq?

25 İyul 2024 01:40 İspaniya 636
“Barselona” Levandovski ilə erkən vidalaşacaq?

“Barselona” yeni baş məşqçi Hans-Diter Flikin ona güvənməsinə baxmayaraq, Robert Levandovski ilə yollarını erkən ayıra bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun müqaviləsində onu ləğv etməyə imkan verən bənd var.

Bu, Levandovskinin qarşıdakı mövsümdə “Barselona”nın matçlarının 55 faizində oynamayacağı təqdirdə mümkün olacaq.

Polşalı forvardın “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, 2022-ci ilin yayından kataloniyalıların heyətində çıxış edir.

Levandovski ötən mövsüm La Liqada 35 oyun keçirib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır