Sebalyosun transferi ilə bağlı razılığa gəlməyə yaxındır

20 May 2024 21:40 İspaniya 1 245
Sebalyosun transferi ilə bağlı razılığa gəlməyə yaxındır

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos başqa kluba keçə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Betis” yarımmüdafiəçini transfer etmək niyyətindədir.

Sevilya klubu Sebalyosun transferi ilə bağlı “kral klubu” ilə razılığa gəlməyə yaxındır.

Yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər icarəyə götürüləcək. Müqavilədə futbolçunun 10 milyon avroya alınmasına dair bənd olacaq.

Sebalyos İspaniya çempionatının bu mövsümündə 19 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?