"Bir vaxtlar bu posta namizəd idim, amma indi qərara gəldim ki..."

10 Oktyabr 2023 22:00 İspaniya 1 125
"Bir vaxtlar bu posta namizəd idim, amma indi qərara gəldim ki..."

“Real”ın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının rəhbəri olmaq fikrindən əl çəkib.

Sportinfo.az xəbər verir ki, bu barədə keçmiş qapıçı özü məlumat verib:

“Bir vaxtlar bu posta namizəd idim, amma indi qərara gəldim ki, bir daha bu vəzifəyə getməyəcəm. İspaniya Kral Futbol Federasiyasının etdiyi hər şey mənim dəyər verdiyim şey deyil”.

Kasilyas 2020-ci ildə İspaniya Kral Futbol Federasiyasının rəhbəri postuna namizədliyini irəli sürmüş, lakin koronavirus pandemiyası başlayandan sonra seçkilərdə iştirakdan imtina etmişdi.

Həmin vaxt sabiq qapıçı bu qərarını ağır sosial-iqtisadi vəziyyətlə yanaşı, öz səhhəti ilə izah etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti