İspaniya La Liqasında IX tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bağlanış matçında “Barselona” “Qranada”nın qonağı olub.
Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2. Hesabı birinci dəqiqədə meydan sahiblərinin heyətində Brayan Saraqosa açıb.
29-cu dəqiqədə o, özünün və komandasının ikinci qolunu vurub. Lakin “Barsa” təslim olmayıb. 45+1-ci dəqiqədə Lamin Yamal fərqi azaldıb.
16 yaş 87 günlüyündə rəqib qapısına yol tapan oyunçu La Liqa tarixində fərqlənməyi bacaran ən gənc futbolçu olub.
86-cı dəqiqədə isə Serji Roberto “Barselona”nı məğlubiyyətdən xilas edən qola imza atıb.

