“Real” darmadağın etdi, o, Ronaldonu təkrarladı - VİDEO

9 Oktyabr 2023 01:30 İspaniya 621
“Real” darmadağın etdi, o, Ronaldonu təkrarladı - VİDEO

İspaniya La Liqasında IX turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, lider “Real Madrid” öz meydanında “Osasuna”nı darmadağın edib - 4:0.

Cud Bellinqemin dubl etdiyi qarşılaşmada digər qolları Vinisius Junior və Xoselu vurublar.

“Kral klubu”nun yeni transferi Bellinqem komandadakı ilk 10 oyununda 10-cu qulunu vurub.

O, Madrid təmsilçisinin sabiq futbolçusu Kriştianu Ronaldudan sonra bunu bacaran ilk oyunçu kimi tarixə düşüb.

Qələbə sayəsində xallarını 24-ə çatdıran “Real Madrid” vahid liderdir. “Osasuna” isə 10 xalla 10-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti