"Atletiko"da yeni müqavilə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi Xose Mariya Ximenesin sözləşməsinin müddətini uzadıb.
28 yaşlı mərkəz müdafiəçisi 2028-ci ilin iyun ayınadək La Liqa klubuna məxsus olacaq.
"Atletiko" Xose Mariya Ximenesi 2013-cü ilin aprel ayında "Danubio"dan transfer edib. Uruqvay millisinin üzvü cari mövsümdə "hindular"ın heyətində 5 rəsmi matçda meydana çıxıb.

