"Barselona" Robert Levandovski şoku yaşadı!

6 Oktyabr 2023 00:00 İspaniya 871
"Barselona" Robert Levandovski şoku yaşadı!

"Barselona"da ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovski sıradan çıxıb.

35 yaşlı forvard Çempionlar Liqası qrup mərhələsinin ikinci turunun "Portu" ilə matçında (1:0) zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

Robert Levandovski cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 10 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti