La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatında hakimliklə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, Tebas hakimlərdən narazı olduğunu bildirib:
“Uzun illərdir ki, hakimlik məsələsindən narazıyam. Özümüzü bir az silkələməliyik.
Dünyanın ən yaxşı hakimləri olduqlarını dedikləri bu reytinqin harada olduğunu bilmirəm. Biz daha şəffaf olmalıyıq”.
Tebas ilk dəfə 2013-cü ildə La Liqanın prezidenti seçilib.

