“Barselona” Lamin Yamalla müqaviləni yeniləyib.
Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
16 yaşlı vinger La Liqa çempionu ilə sözləşməsinin müddətini 2026-cı ilin yayına qədər uzadıb. Müqavilədə yer alan bəndə əsasən, futbolçunun sərbəst qalma məbləği 1 milyard avro olacaq.
Lamin Yamal cari mövsümdə İspaniya çempionatında keçirdiyi 8 oyunda 1 məhsuldar ötürmə verib.

