"Bu hərəkətinə görə səhv etdi, amma heç kim ondan şübhə edə bilməz"

2 Oktyabr 2023 18:40 İspaniya 932
"Bu hərəkətinə görə səhv etdi, amma heç kim ondan şübhə edə bilməz"

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 8-ci turunun “Jirona” ilə oyununda (3:0) müdafiəçi Naço Fernandesin kobud qayda pozuntusuna görə meydandan qovulmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, futbolçunun hərəkəti ilə bağlı bunu deyib:

“Naço bu hərəkətinə görə səhv etdi. Amma heç kim ondan şübhə edə bilməz. Axı o, həmişə yaxşı futbolçu olub”.

“Real” 21 xalla La Liqada birinci yerdədir. “Jirona” isə 19 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM