“Qarabağ”ın rəqibinin baş məşqçisi ilə razılıq əldə etdi - "Real"

27 Sentyabr 2023 00:20 İspaniya 559
“Qarabağ”ın rəqibinin baş məşqçisi ilə razılıq əldə etdi -

“Real”ı gələn mövsümdən çalışdıracaq baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun rəhbərliyi artıq “Bayer”in baş məşqçisi Xabi Alonso ilə razılıq əldə edib.

Bu təyinat “Real”ın hazırkı çalışdırıcısı Karlo Ançelottinin gələn ilin iyul ayında Braziliya millisinə baş məşqçi təyin olunmasından sonra reallaşacaq.

Almaniya klubunun Alonsonun gedişinə indidən razılıq verdiyi bildirilir.

Xabi Alonso 2022-ci ildən Leverkuzen komandasını çalışdırır. O, futbolçu kimi 2009-2014-cü illərdə “Real”da oynayıb.

“Bayer” Avropa Liqasında “Molde” və “Hakken”lə bərabər “Qarabağ”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti