"Mançester Yunayted"lə danışıqlara başladılar – Niderlandlı üçün

26 Sentyabr 00:20 İspaniya 238
"Mançester Yunayted"lə danışıqlara başladılar – Niderlandlı üçün

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu "Vilyarreal"la danışıq aparır.

İspaniya klubu 26 yaşlı niderlandlı üçün “Mançester Yunayted”lə danışıqlara indidən başlayıb. Transferin qış “transfer pəncərəsi” zamanı baş tutacağı gözlənilir.

Niderland millisinin üzvü “Ayask”da oynadıqdan sonra 2020-ci ildə “Mançester Yunayted”ə keçmişdi. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti