“Bəlkə də yox - Qərar verən mən deyiləm”

26 Sentyabr 2023 00:00 İspaniya 400
“Bəlkə də yox - Qərar verən mən deyiləm”

“Atletiko”nun hücumçusu Alvaro Morata “Barselona”da icarə əsasında çıxış edən Joao Feliksin Madrid klubunda oynaya biləcəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, Morata portuqaliyalı futbolçunun yaxşı oyunçu olduğunu deyib:

“Feliks gənc futbolçudur. Və kim bilir, bəlkə, o, gələcəkdə “Atletiko” üçün vacib oyunçu olacaq.

Bəlkə də yox. Qərar verən mən deyiləm. Onun haqqında deyə bilərəm ki, yaxşı oyunçudur və başqalarından fərqlənir”.

23 yaşlı hücumçu “Barselona”nın heyətində 3 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...