İki ulduz "Real"la vidalaşmaq istəyir – Narazılıqları kimdəndir?

24 Sentyabr 2023 21:00 İspaniya 841
İki ulduz "Real"la vidalaşmaq istəyir – Narazılıqları kimdəndir?

“Real”ın yarımmüdafiəçiləri Luka Modriç və Toni Kroos Madrid klubunu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, hər iki futbolçunun oyun müddəti ötən mövsümlə müqayisədə demək olar ki, yarıya qədər azalıb və onlar bu vəziyyətdən narazıdırlar.

Yarımmüdafiəçilər komandada aparıcı rolları saxlamaq istəyirlər.

Modriç 2022/23 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Xorvatiyalı futbolçunun “Real”la müqaviləsi 2024-cü ilin sonuna kimidir.

Kroos “Real”ın heyətində ötən mövsümdə bütün turnirlərdə 52 matçda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi