"Tutmaq istədiyimiz yol budur, komandamla fəxr edirəm”

22 Sentyabr 2023 02:10 İspaniya 516
"Tutmaq istədiyimiz yol budur, komandamla fəxr edirəm”

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Antverpen” üzərində qazanılan qələbəni (5:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi nəticədən razı olduğunu söyləyib:

“Mən çox şadam. Bu nəticədən çox razıyam, amma hər şeydən əvvəl oyunumuzun keyfiyyətindən razı qaldım.

Bu oyun düşünürəm ki, mən komandaya keçdikdən sonra göstərdiyimiz ən yaxşı performansdır. Tutmaq istədiyimiz yol budur. Komandamla fəxr edirəm”.

“Barselona” H qrupunda 3 xalla turnir cədvəlinə başçılıq edir. “Antverpen” sonuncudur (0 xal).

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu