“Barselona”da oynamaq asandır”

18 Sentyabr 2023 01:40 İspaniya 625
“Barselona”da oynamaq asandır”

“Barselona”nın hücumçusu Joao Feliks İspaniya La Liqasının son turunda “Betis” üzərində qələbədən (5:0) sonra təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu 25-ci dəqiqədə debüt qolunu vurub və əsas heyətə qayıtdığı üçün çox sevincli olduğunu bildirib:

“Bir müddət sonra əsas heyətə qayıtdığım üçün çox şadam. “Barselona”da oynamaq asandır.

Hər kəs çox yaxşı idi. Sistem yerində olanda top sürətlə hərəkət edir və qollar vurulur”.

Feliks sentyabrın 1-də “Atletiko”dan icarə əsasında “Barselona”ya keçib. Klublar arasındakı müqavilə 2024-cü il iyununa qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”