“Yarasalar” evdə “Atletiko Madrid”in “qanını içdi” - VİDEO

17 Sentyabr 2023 00:00 İspaniya 1 167
“Yarasalar” evdə “Atletiko Madrid”in “qanını içdi” - VİDEO

“Atletiko Madrid” İspaniya La Liqasının V turunda böyük hesablı məğlubiyyətlə üzləşib.

Sportinfo/.az xəbər verir ki, “hindular” səfərdə “Valensiya”ya uduzublar - 3:0.

Huqo Duronun dubl etdiyi qarşılaşmada “yarasalar”ın digər qolunu Xavi Qerra vurub.

Qələbə sayəsində xallarını doqquza çatdıran “Valensiya” beşinci pilləyə yüksəlib. “Atletiko Madrid” yeddi xalla yeddincidir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM