
İspaniya La Liqasının rəhbəri Xavyer Tebas çempionatı maliyyə vəziyyətinə görə Avropada ən pis liqa adlandırıb.
Sportinfo.az xəbər verir ki, Tebas “Barselona” haqda da danışıb:
“Barselona”nın nə vaxt normal vəziyyətinə qayıdacağı onlara aiddir. Ola bilsin ki, ən yaxşı oyunçunu satsalar, bu, klub üçün böyük bir addım olacaq.
Maliyyə baxımından biz Avropanın ən pis liqasıyıq”.
60 yaşlı ispaniyalı funksioner 2013-cü ildən La Liqaya rəhbərlik edir. 2020-ci ildə o, 4 il müddətinə yenidən bu vəzifəyə seçilib.