"Bu məlumatı eşidəndə ona iki-üç xəbər göndərdim"

15 Sentyabr 2023 10:20 İspaniya 582
"Bu məlumatı eşidəndə ona iki-üç xəbər göndərdim"

“Sevilya”nın yarımmüdafiəçisi Suso müdafiəçi Serxio Ramosun komandaya keçidi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu, Ramosun keçidini müsbət qiymətləndirib:

“Biz hamımız onu çox yaxşı tanıyırıq. Mən onunla milli komandada tanış olmuşam və o, əla oğlandır. Bu məlumatı eşidəndə ona iki-üç xəbər göndərdim və o, gəlmək istədiyini bildirdi.

Komandamıza çox xeyri olacaq. Onun təcrübəsi sayəsində, keçmişə baxıb Serxio Ramosu görəndə hər şey başqa cür olur”.

Sentyabrın 4-də “Sevilya” Ramosun keçidini elan edib. 37 yaşlı ispaniyalı müdafiəçi 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə imzalayaraq, kluba azad agent kimi qoşulub.

Ramosun “Sevilya”dan əvvəlki klubu PSJ olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu