"Hamımız Messinin geri dönməsini istədik, təəssüf ki, bu, mümkün olmadı"

14 Sentyabr 2023 12:00 İspaniya 659
"Hamımız Messinin geri dönməsini istədik, təəssüf ki, bu, mümkün olmadı"

"Barselona"nın idman direktoru Deko komandanın sabiq futbolçusu Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatına danışan klub rəsmisi argentinalı hücumçunu Kataloniya təmsilçisinin tarixinin ən yaxşı oyunçusu olduğunu bildirib:

"Leo mənim dostumdur. Onu çox istəyirəm. Son zamanlar daha az əlaqə saxlayırıq.

Çünki o, uzaqdadır. Hamımız Messinin geri dönməsini istədik. Amma təəssüf ki, bu, mümkün olmadı.

Messi bu klubun tarixinin ən yaxşı oyunçusudur. "İnter Mayami"də xoşbəxt olduğunu görürəm.

Bir "Barselona" və Messi azarkeşi olaraq ona ən yaxşı şeyləri arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti