"Müqavilə nə vaxta qədər nəzərdə tutulacaq? Tezliklə öyrənəcəksiz"

13 Sentyabr 2023 18:40 İspaniya 594
"Müqavilə nə vaxta qədər nəzərdə tutulacaq? Tezliklə öyrənəcəksiz"

“Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Xavi ilə yaxın vaxtlarda yeni müqavilə imzalanacağını bildirib.

Sportinfo.az xəbər verir ki, Deku klubun Xaviyə güvəndiyini söyləyib:

“Xavi ilə yeni müqavilə imzalanacaq. O, müqavilənin uzadılmasına layiqdir. Müqavilə nə vaxta qədər nəzərdə tutulacaq? Tezliklə öyrənəcəksiz. Amma biz Xaviyə həqiqətən güvənirik”.

43 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında kataloniyalılar 2022/23 mövsümündə İspaniya çempionu olublar və ölkə superkubokunu qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti