"O, kluba kömək etmək istəyən adamdır" - Prezidentin müşaviri

12 Sentyabr 2023 01:30 İspaniya 460
"O, kluba kömək etmək istəyən adamdır" - Prezidentin müşaviri

“Barselona”nın rezidentinin müşaviri Enrik Masip komandanın qapıçısı və kapitanı Mark-Andre ter Ştegen haqda danışıb.

Sportinfo.az xəbər verir ki, İspaniya klubunun rəsmisi almaniyalı qolkiperin nümunəvi olduğunu bildirib:

“O, nümunə göstərir və buna görə də kapitandır. “Barselona”ya sadiqlik özünü belə göstərir.

O, burda işləməyə davam etmək və kluba kömək etmək istəyən adamdır. Mark-Andre ter Ştegen bu yolla klubu gücləndirəcək futbolçuları cəlb edə biləcəyimizi bildiyi üçün müqaviləsini uzadıb.

“Barselona”ya sədaqət sözlə deyil, əməllə nümayiş etdirilir. O, çoxu üçün, o cümlədən, uşaq komandaları üçün nümunədir”.

Ter Şteqen Münhenqladbax “Borussiya”sının yetirməsidir. O, 2014-cü ilin iyulunda “Barselona”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti