Pul qurtarıb, indi buranı “xırda-xırda” satmağa başlayıb – “Barselona”

10 Sentyabr 2023 16:55 İspaniya 969
Pul qurtarıb, indi buranı “xırda-xırda” satmağa başlayıb – “Barselona”

“Barselona”nın azarkeşləri yenidənqurma üçün bağlanmış “Kamp Nou” stadionunun qazonundan 420 avroya ot parçaları ala bilərlər.

Sportinfo.az xəbər verir ki, zərdən tutmuş, arenanın mini modelinə qədər, stadionla bağlı müxtəlif əşyalar almaq olar.

Qiymət aralığı 20 avrodan 420 avroya qədərdir. 420 avroya satılan ot parçası hətta notarius tərəfindən təsdiqlənir.

Kataloniya klubunun azarkeşləri daha sonra köhnə “Kamp Nou”dan oturacaqlar və digər eksklüziv məhsullar ala biləcəklər.

“Barsa” La Liqada son oyununu mayın 28-də, bu stadionda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti