Ispaniyanın tanınmış klubu baş məşqçisi ilə vidalaşdı

6 Sentyabr 2023 12:00 İspaniya 546
Ispaniyanın tanınmış klubu baş məşqçisi ilə vidalaşdı

“Vilyarreal” klubu baş məşqçisi Kike Setyenlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Baş məşqçi səlahiyyətlərini direktor Migel Anxel Tena yerinə yetirəcək.

Kike Setyen ötən ilin oktyabrında bu posta təyinat alıb və komandanı UEFA Konfrans Liqasına daşıyıb. “Vilyarreal” cari mövsümdə çempionatda 4 turdan sonra 3 xalla 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar