“Real Madrid” İspaniya La Liqasının IV turunu qələbə ilə başa vurub.
Sportinfo.az xəbər verir ki, “Kral klubu” öz meydanında “Xetafe”ni məğlub edib - 2:1.
Hesabı 11-ci dəqiqədə qonaq komandanın heyətində Borxa Mayoral açıb. 47-ci dəqiqədə Xoselu bərabərliyi təmin edib. 90+5-ci dəqiqədə isə Cud Bellinqem qələbə qolunu vurub.
Dörd matçda maksimum nəticə göstərən - 12 xal toplayan “Real Madrid” vahid liderdir. “Xetafe” dörd xalla 13-cüdür.

