“Betis” “Barselona”nın hücumçusu Abde Ezzalzouli ilə müqavilə imzaladığını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı mərakeşli ilə 5 illik müqavilə imzalanıb.
Ezzalzouli 2021-ci ildən “Barselona”nın oyunçusu idi. O, əsas komandanın heyətində bütün yarışlarda 14 oyun keçirib və 1 qol vurub.

