“Barselona” “Mançester Siti”nin müdafiəçisi Joao Kanselonu icarəyə götürüb.
Sportinfo.az xəbər verir ki, klublar arasında müqavilə 2024-cü ilə qədər qüvvədədir.
Kataloniya klubunun oyunçunu satın alma variantı yoxdur.
29 yaşlı portuqaliyalı futbolçu 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, “şəhərlilər”in heyətində 154 oyuna çıxıb, 9 qol vurub və 22 məhsuldar ötürmə edib.
Kanselo ötən mövsümün ikinci hissəsində “Bayern”də icarə əsasında çıxış edib.

