“İnter Mayami”nin direktoru Xavyer Asensi Lionel Messinin kluba keçidi ilə bağlı danışıb.
Sportinfo.az xəbər verir ki, MLS klubunun rəsmisi, Messinin “Barselona”dan ayrılmasının onun “İnter Mayami”yə keçidində rol oynadığını bildirib:
“Messi “Barselona”dan ayrılanda bizim şansımız var idi. Onlar bunu etməsəydilər, hələ də orada oynayacaqdı.
Ancaq sonra PSJ-yə getdi. 2023-cü ilin yayına qədər heç bir fikrimiz yox idi. Sonra biz bu istiqamətdə danışıqları bərpa etdik və onun keçidini rəsmiləşdirdik “.
Messi iyulun 15-də “İnter Mayami”yə keçib. O, yeni komandasında 10 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

