“Atletiko”nun hücumçusu Joao Feliks yaxın günlərdə “Barselona”ya keçə bilər.
Sportinfo.az xəbər verir ki, tərəflər arasında sövdələşmənin bağlanmasına bir addım qalıb.
Daha əvvəl 23 yaşlı portuqaliyalı futbolçunun xidmətində “Liverpul”un da maraqlı olduğu bildirilirdi.
Feliks 2022/23 mövsümünün ikinci hissəsində “Çelsi”də icarə əsasında çıxış edib. O, London klubunda 20 matçda 4 qol vurub.

