FİFA bu şəxsə 90 gün qadağa qoydu - Qadını öpdüyü üçün

28 Avqust 2023 15:20 İspaniya 661
FİFA bu şəxsə 90 gün qadağa qoydu - Qadını öpdüyü üçün

FİFA Luis Rubialesi müvəqqəti olaraq İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbərliyindən uzaqlaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu qərarı avqustun 26-da qurumun intizam komitəsi qəbul edib.

“FİFA İntizam Komitəsinin sədri Xorxe İvan Palasio bu gün Luis Rubialesin milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib”, - qərarda qeyd olunub.

Məhdudiyyətlərin 90 gün müddətində qüvvədə olacağı dəqiqləşib.

Qeyd edək ki, Luis Rubiales bağlı qərar FİFA-nın avqustun 20-da baş vermiş olayla əlaqədar apardığı araşdırma fonunda qəbul edilib.

Avqustun 20-də qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya yığması İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Medalların təqdim olunma mərasimində Luis Rubiales İspaniya yığmasının kapitanı Cennifer Ermosonun dodaqlarından öpüb.

Bundan sonra 80-dən artıq futbolçu, həmçinin dünya çempionatının 23 iştirakçısı Luis Rubialesin İspaniya Futbol Federasiyasının prezidenti kimi qalacağı halda yığmada oynamaqdan imtina edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti