Yeddi qol vuruldu, “Barselona” qazandı - VİDEO

28 Avqust 2023 00:20 İspaniya 777
Yeddi qol vuruldu, “Barselona” qazandı - VİDEO

İspaniya La Liqasının III turunda “Barselona” “Vilyarreal”ın qonağı olub.

Sportinfo.az xəbər verir ki, yeddi qolun vurulduğu matç Kataloniya klubunun qələbəsi ilə başa çatıb - 4:3.

“Barsa” Qavi və Frenki De Yonqun erkən qolları ilə hesabda önə keçsə də, ilk yarının sonlarına qədər meydan sahibləri Xuan Foyt və Aleksander Sorlotun qolları ilə bərabərlik yaradıblar.

İkinci yarının əvvəllərində Aleks Baena “Vilyarreal”ı hesabda önə keçirib. Lakin 68-ci dəqiqədə Ferran Torres, üç dəqiqə sonra Robert Levandovskinin qolları Xavinin komandasına qələbə qazandırıb.

“Barselona” yeddi xalla üçüncü yerdə qərarlaşıb. “Vilyarreal” isə üç xalla 13-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar