İspaniya La Liqasının üçüncü turunda “Real Madrid” səfərdə “Selta Viqo”nun qonağı olub.
Sportinfo.az xəbər verir ki, qarşılaşmada yeganə qolu 81-ci dəqiqədə J.Bellinqem vurub.
Üç turdan sonra “Real Madrid” doqquz xalla turnir cədvəlinin lideridir.
Üç turdan cəmi bir xal toplayan “Selta Viqo” isə 16-cı pillədə qərarlaşıb.

